Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Uşaq Gənclər İdman-Şahmat məktəbində Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş Şahmat turniri keçirilib

25 fevral 2018 | 16:00

Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Uşaq Gənclər İdman-Şahmat məktəbində Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş Şahmat idman növü üzrə turnir keçirilib.
Turnirin keçirilməsində məqsəd məktəblilərdə vətənpərvərlik ruhunun yüksəldilməsi olub.
Keçirilmiş yarışda Samux RTŞ-nin müdir müavini Faiq Həsənov, Samux Rayon Gənclər və idman İdarəsinin müdir müavini Rasim İmamquliyev və məktəbin kollektivi iştirak edib. 100 nəfərdən çox idmançının iştirak etdiyi turnir Swiss-Manager püşkatma proqramı ilə İsveçrə sistemi üzrə A, B və C qruplarında aparılıb. Qaliblər diplom və medallarla mükafatlandırılıb.
Qalib gəlmiş idmançıların adları aşağıda qeyd edilib:
“A” qrupu üzrə:
Aytac Məmmədova I yer,
Səmral Əliyev II yer,
Tağızadə Sübhan III yer.
“B” qrupu üzrə:
Manaf Hüseynov I yer,
Elmir Qəhrəmanov II yer,
Ramin Həsənov III yer.
“C” qrupu üzrə:
Fidan Ağammədova I yer,
Ömər İmamquliyev II yer,
Məhəmməd İsayev III yer.

Keçidlər