Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika fənn olimpiadasının rayon mərhələsi həyata keçirilib

05 fevral 2018 | 16:00

Fevral ayının 4-də Samux rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə Respublika fənn olimpiadalarının rayon mərhələsi heyata keçirilib.
Fənn olimpiadasının rayon mərhələsində Azərbaycan dili və ədəbiyyatı fənnindən 52, Riyaziyyat fənnindən 50, Fizika fənnindən 22, Kimya fənnindən 20, Biologiya fənnindən 24, Tarix fənnindən 31, Coğrafiya fənnindən 26 və İnformatika fənnindən 11 şagirdin iştirakı ilə cəmi 236 şagird iştirak edib.
Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya fənnləri üçün 90 dəqiqə, riyaziyyat, fizika, kimya və biologiya fənnləri üçün 180 dəqiqə vaxt ayrılıb. Olimpiada saat 10:00-dan 13:00-a dək davam edib. Şagirdlər tərəfindən doldurulan cavab blankları Təhsil Nazirliyinə təhvil verilib.

Keçidlər