Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Şahin” hərbi idman oyununa hazırlıq işləri gedir.

28 yanvar 2018 | 16:00

26 yanvar 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Gənclər və İdman İdarəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin birgə təşkilatçılığı ilə hərbi və gənclərin çağırışa qədərki hazırlıq müəllimlərinin iştirakı ilə gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi , növbəti aylarda Şahin hərbi-idman oyununun yüksək səviyyədə təşkil olunması ilə əlaqədar tədbir təşkil olundu. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsin nümayəndəsi Rüstəm Xudiyev , Gənclər və İdman İdarəsinin nümayəndəsi Qurban Həsənov öz çıxışlarında Şahin hərbi idman oyununun təşkil olunması və vətənpərvərliklə bağlı tədbirlər haqqında danşdılar. Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə müəllimlərdə öz fikirlərini bildirdilər. Sonda müəllimləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər