Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatında dəyirmi masa keçirildi.

26 yanvar 2018 | 16:00

26 yanvar 2018-ci tarixdə YAP Samux rayon təşkilatının Gənclər Birliyinin idarə heyəti üzvlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada 2018-ci il Prezident seçkilərinə hazırlıqla bağlı görüləcək işlər müzakirə edildi. Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qarşıdan gələn Prezident seçkiləri ilə bağlı gənclərə öz tövsiyyələrini verərək vurğuladı ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət insanlar tərəfindən birmənalı şəkildə dəstəklənir, Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklər, hər sahədə qazandığımız uğurlar xalq tərəfindən rəğbətlə qarşılanır. Bu il ölkəmizdə Prezident seçkiləri keçiriləcək. Biz cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin və xalqımızın xoşbəxt gələcəyi naminə üzərimizə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirilməsi üçün çalışmalıyıq.
Sonra tədbirdə YAP Samux rayon təşkilatının Gənclər Birliyinin sədri Arif Ağayev çıxış edərək, təşkilatın sosial şəbəkələrdəki fəaliyyətindən danışdı.O, qeyd etdi ki, bu gün insanların həyatında getdikcə daha mühüm rol oynamağa başlayan sosial şəbəkələr ictimai rıyin formalaşmasında, informasiya tələbatının ödənilməsində mühüm əhəmiyyətə malikdir.Bu baxımdan gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsi üçün təbliğat-təşviqat işlərinin aparılması, Azərbaycan həqiqətlərini sosial şəbəkələr vasitəsi ilə dünya ictimaiyyətinə, ilk növbədə gənc nəslə çatdırılması və sosial şəbəkələr vasitəsilə yayılması təşkilatın daim diqqət mərkəzində saxlanılır.
Tədbirdə çıxış edən gənclər birmənalı olaraq vurğuladılar ki, Prezident İlham Əliyevin atdığı hər bir addım, dediyi hər bir söz xalqımızın milli maraqları, milli dəyərləri üzərində qurulub. Dövlətimizin başçısının əsas vəzifəsi ölkəmizin milli maraqlarının qorunmasıdır və əsas fəaliyyətini də bu istiqamətə yönəldib. Adlarını müxalifət qoyan vəzifə hərislərinin isə əsas fəaliyyətləri ölkəmizin inkişafına mane olmaq, milli maraqlarımıza zərbə vurmaq, inkişafımıza xələl gətirmək və beynəlxalq aləmdə artan imicimizə kölgə salmaqdır. Onlar qarşıdan gələn prezident seçkiləri ərəfəsində hər hansı bir qarşıdurma yaratmaqla beynəlxalq aləmin diqqətini Azərbaycana cəlb etmək istəyirlər.Lakin onların bütün cəhdləri iflasa uğrayacaq. Çünki xalq milli maraqlardan, millilikdən uzaq olan müxalifətə birdəfəlik “yox” deyib

Keçidlər