Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda aprel döyüşlərinin şəhidi Fərman Əsədlinin həyat yolundan bəhs edən “26 gün” adlı kitabın təqdimatı olub.

30 noyabr 2017 | 16:00

Samux Heydər Əliyev Mərkzinin təşəbbüsü və təşkilatçılığı ilə aprel döyüşlərinin şəhidi Fərman Əsədlinin həyat yolundan bəhs edən “26 gün” adlı kitabın təqdimatı olub. Tədbirdə rayon rəsmiləri, şəhidin ailə üzvləri,  qonaqlar,  ictimaiyyət, gənclər və KİV nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Rəsmi qonaqlar və iştirakçılar əvvəlcə mərkəzin foyesində şəhidin həyat yolundan bəhs edən foto güşə ilə tanış olublar. Samux Rayon Heydər Mərkəzinin Direktoru Aygün Həsənzadə  Aprel döyüşlərində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan və nəticədə ərazilərimizin bir hissəsinin işğaldan azad edildiyinə diqqət çəkib. Fərman Əsədlinin də döyüşlərdə könüllü bir gənc kimi nümunəvi  iştirakından   onun kimi vətən oğullarının qəlblərdə daim yaşacağını dilə gətirib. Müəllif Gülnarə Sadiq qeyd edib ki,  “26 gün” adlı romanında şəhidin vətənə, orduya bağlığından geniş bəhs olunub. Aprel döyüşləri böyük qələbənin başlanğıc nöqtəsi kimi səciyyələndirilib. Şəhidin atası ehtiyyatda olan polkovnik-leytenant, Qarabağ Müharibəsi veteranı Elçin Əsədov oğlunun qanının yerdə qalmaycağına və işğal altında olan torpaqların tezliklə azad olunacğına əminlik ifadə edib. 
Elçin Əsədov - şəhidin atası: “Hamı hazırdır ki vətənin müharibəsinə qalxsın və iştirakçıya çevrilsin. Təbii ki Ali Baş Komandanımızın bir başa göstərişdən sonra bu məsələlərə hə rbi kəs kimi biz Əsədovlarda hazırıq. Yaşasın vətənimiz, yaşasın üç rəngli bayrağımız, yaşasın Ali Baş Komandanımız eşq olsun”.

Keçidlər