Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda rus dili və ədəbiyyatı müəllimləri üçün seminar keçirilib

21 noyabr 2017 | 16:00

Noyabr ayının 21-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Rusiyanın Azərbaycandakı Səfirliyi və Rossotrudniçestvo tərəfindən Gəncə şəhər 1 nömrəli tam orta məktəbdə Gəncə, Naftalan şəhərləri, Samux, Göygöl, Goranboy və Daşkəsən rayon ümumi təhsil məktəblərində çalışan rus dili və ədəbiyyatı müəllimlərinin iştirakı ilə rus dili və ədəbiyyatı üzrə X Beynəlxalq olimpiadaya hazırlıq məqsədi ilə seminar keçirilib.
Seminarın keçirilməsində məqsəd müvafiq fənnin tədris keyfiyyətinin artırılması və yenilənmiş dərsliklərdə müəllimlərin tanış olmasıdır.
Rayon üzrə iyirmi müəllimin iştirak etdiyi və üç saat davam edən seminarda, keçiriləcək X Beynəlxalq olimpiadanın məqsəd və mahiyyəti haqqında geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər