Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda qanvermə aksiyası keçirilib

31 oktyabr 2017 | 16:00

Samux sakinləri donor qismində iştirak edib. Mərkəzi Qan Bankının 14 nəfərlik həkim briqadası rayon İcra Hakimiyyəti Aparatı, hüquq-mühafizə orqanı əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri, eləcə də sadə vətəndaşlardan qan nümunələri götürüb. Hemofiliya və talessimiya xəstəliklərindən əziyyət çəkən şəxslərə  yardım etmək məqsədi təşkil edilən aksiyaya səhhəti imkan verən 112 nəfər qatılıb. Mərkəzi rayon Xəstəxanasında donorların hər birindən 200 qram həcmində qan götürülüb. Ötən il keçirilən aksiyada da 100-dən vətəndaş könüllü olaraq iştirak etmişdi.
Natiq Hüseyn

Keçidlər