Şriftin ölçüsü :

Saytın rəngi :

"Məktəblilərarası I İntellektual Çempionat-Samux" layihəsinin açılış mərasimi keçirilib

06 noyabr 2017 | 16:00

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş “Məktəblilərarası I İntellektual Çempionat- Samux” layihəsinin açılış mərasimi həyata keçirilib. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Günel Əhmədovanın rəhbərliyi ilə icra olunacaq.
Layihənin keçirilməsində əsas məqsəd şagirdlərin maariflənməsinə xidmət etmək, onların asudə vaxtlarını maraqlı təşkil etməklə, elmə, biliyə marağı artırmaq və vacib bacarıqların formalaşdırılmasına xidmət etməkdir.
Layihə Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Sərkar kənd tam orta məktəbi və ətraf kəndlərdə fəaliyyət göstərən 8 kənd məktəbini əhatə edəcək.
Belə ki, ümumilikdə 8 məktəb və hər məktəbdən 6, 7 və 8-ci siniflər olmaqla 3 komanda iştirak edəcək. Çempionatın ilk oyun günü 6-ci siniflər, II oyun günü 7-ci siniflər, III oyun günü isə 8-ci siniflər yarışacaq. Hər günün sonunda qrupuna görə qalib komandalar müəyyən olunacaq. Növbəti gün isə bağlanış və mükafatlandırma mərasimi keçiriləcək. Bütün qalib komandalara kubok və medallar, bütün iştirakçılara isə iştirakçı şəhadətnaməsi təqdim olunacaq. Çempionatın sualları Azərbaycan tarixi, mədəniyyət və incəsənətinə aid olacaq. Eyni zamanda ümumi dünyagörüşünün qiymətləndirilməsi üçün də suallar veriləcək. Çempionatın formatı “Kim? Harada? Nə zaman?” intellektual oyununun formatına əsasən təşkil olunacaq.
Layihənin təşkilati dəstək tərəfi “Odlar Yurdu” Gənclər İctimai Birliyidir.
Layihənin icra müddəti 3 aydır və 22 sentyabr -22 dekabr 2017-ci ili əhatə edir.

Keçidlər