Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Sərkar kəndində tədbir keçirildi

07 noyabr 2017 | 16:00

07 Noyabr 2017-ci il tarixdə Samux rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Sərkar kənd tam orta məktəbdə "09 noyabr - Bayraq Günü" münasibəti ilə "Hər şey Bayraq üçün, hər şey Vətən üçün " başlığı altında tədbir təşkil olundu. Tədbiri açıq elan edən Gənclər və İdman İdarəsinin rəis müavini Rasim İmamquliyev geniş çıxış edərək Bayraq günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, bu günün önəmi haqqında məlumat verdi. Sərkar kənd tam orta məktəbin direktoru Afaq Mövlayeva , direktor müavini Kəmalə İsgəndərova və tarix müəlliməsi Günel Əhmədova çıxış edərək bayraq günü ilə bağlı danışdılar. Daha sonra tədbirin bədii hissəsində əllərində üç rəngli Azərbaycan bayrağı olan şagirdlər şeirlər dedilər. Tədbir musiqili kompazisiya ilə davam etdi. Əziz Xalqımız Bayraq Günü münasibətilə hər birinizi təbrik edirik. Ay-ulduzlu , üçrəngli bayrağımızın daim dalğalanmasını diləyirik.

Keçidlər