Şriftin ölçüsü :

Saytın rəngi :

2017-2018-ci tədris ilində MİQ imtahanı nəticəsində 74 nəfər Samux rayon ümumi təhsil məktəblərinə müəllim təyin olunub

20 sentyabr 2017 | 16:00

2017-2018-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən iki mərhələdən ibarət olmaqla Müəllimlərin İşə Qəbulu imtahanı həyata keçirilib.
Keçirilmiş imtahanlar nəticəsində 74 nəfər şəxs müəllim olmaq hüququ qazanaraq Samux rayon ümumi təhsil məktəblərində müddətsiz işləmək üçün təyin edilib və qeydiyyatdan keçib.
Həmçinin 16 nəfər müəllim ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində Samux rayon ümumi təhsil məktəblərində işləmək hüququ qazanıb.
Qeyd edək ki, ötən il MİQ imtahanı nəticəsində Samux rayon ümumi təhsil məktəblərində çalışmaq hüququ qazanmış müəllimlərin sayı 13 nəfər olub.

Keçidlər