Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhər Heydər Əliyev adına istirahət parkında Gənclər və İdman Nazirliyinin yaranması gününə və Samux Kikboksinq Klubunun yaranmasının 17-ci ilinə həsr olunmuş kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirildi.

26 iyul 2017 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 23-25 iyul tarixlərdə ənənəvi olaraq Samux şəhər Heydər Əliyev adına istirahət parkında Gənclər və İdman Nazirliyinin yaranması gününə və Samux Kikboksinq Klubunun yaranmasının 17-ci ilinə həsr olunmuş kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirildi. Yarışda Bakı şəhər 2 komanda, Gəncə şəhər 6 komanda, Mingəçevir şəhər 2 komanda, Bərdə rayon 2 komanda, Goranboy rayon 2 komanda, Şəmkir rayon 2 komanda, Tovuz rayon 2 komanda, Kəlbəcər rayon 1 komanda, Göy-göl rayon 1 komanda, Akstafa rayon 1 komanda, Saatlı rayon 1 komanda, Ağdam rayon 1 komanda, Samux rayon 4 komanda olmqla, ümumilikdə 27 komandadan 400-ə qədər idmançı öz gücünü ortaya qoydu. Yarışda Samux Rayon İcra Hakimiyyəti başçısı Cənab Alı Qocayev, fəxri qonaqlar, idarə və təkilatların nümayəndələri və gənclər iştirak etdi. Yarışın keçirilməsində əsas məqsəd idmanın kütləviliyinin artırılması, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirmək, gənclərin yay tətili günlərini səmərəli keçirməsi və həmçinin kikboksinq idman növünün yeniyetmə və gənclər arasında təbliğidir. Tamaşaçıların böyük marağına nail olan bu yarış 25 iyul 2017-ci il tarixdə uğurla başa çatdı.

Keçidlər