Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “İdman zərərli vərdişlərə qarşı güclü mübarizə vasitəsidir” devizi altında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirildi.

18 iyul 2017 | 16:00

15 iyul 2017-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Samux rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkında “İdman zərərli vərdişlərə qarşı güclü mübarizə vasitəsidir” devizi altında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirildi. Yarışda Samux rayon İcra Hakimiyyəti başçısı və digər fəxri qonaqlarda iştirak edirdi. Birincilikdə Bakı şəhər 6 saylı Uşaq Gənclər İdman məktəbi (1 komanda), Bakı şəhər Rabitə İdman Klubu (1 komanda), Bakı şəhər Hövqalada Hallar Nazirliyi Klubu (1 komanda), Bakı şəhər Zenit İdman Cəmiyyəti (1 komanda), Bakı şəhər 16 saylı Uşaq Gənclər İdman məktəbi (1 komanda), Gəncə şəhər 2 saylı Uşaq Gənclər İdman məktəbi (1 komanda), Şəmkir Uşaq Gənclər İdman məktəbi (1 komanda), Qazax Təhsil idman Mərkəzi (1 komanda), Yevlax Uşaq Gənclər İdman məktəbi (1 komanda), Samux Uşaq Gənclər İdman məktəbi (1 komanda) iştirak etməklə ümümilikdə 6 rayonun (şəhər) 10 komandasında 150-yə yaxın idmançı döşək üstündə öz güclərini sinadı. Qalib idmançılara idarə tərəfindən diplom və medal təltif olundu.

Keçidlər