Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu Ağasıbəyli kənd stadionunda Milli Qəhrəman Eltun İsgəndərovun əziz xatirəsinə həsr olunmuş futbol idman növü üzrə "SAMUX KUBOKU" yarışının final mərhələsi keçirildi.

17 iyul 2017 | 16:00

Samux rayon İcra Hakimiyyətinin dəstəyi, Samux rayon Gənclər İdman İdarəsinin təşkilatçılığ ilə 13 iyul 2017-ci il tarixdə Samux rayonu Ağasıbəyli kənd stadionunda Milli Qəhrəman Eltun İsgəndərovun əziz xatirəsinə həsr olunmuş futbol idman növü üzrə "SAMUX KUBOKU" yarışının final mərhələsi keçirildi. Yarışda Samux Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev, icra hakimiyyətinin məsul şəxsləri, idarə təşkilat nümayəndələri, gənclər və idmançılar iştirak edirdi. Finalda Əhmədbəyli kənd komandası Ağasıbəyli komandası ilə qarşılaşdı. 4:2 hesabı ilə qalib gələn Ağasıbəyli kənd komandsı çempionatın qalibi oldu. Qeyd edək ki bu futbol yarışı 12 iyun 2017-ci il tarixdən 13 iyul 2017-ci il tarixədək davam etdi. İcra hakimiyyəti başçısının təqidimatı ilə yarışda ictimai asayişi qoruyan Samux rayon Polis Şöbəsinin çavuşu Vasif Bayramova, idmaçıların sağlamlığının qorunmasında əməyi olan Samux Mərkəzi Xəstəxananın həkimi Vidadi İsrafilova, AFFA-nın hakim birqadasına fəxri fərman və hədiyyələr verildi. Hər iki komanda fəxri fərman, medal, hədiyyə və xüsusi ilə birinci yeri tutmuş Ağasıbəyli komandası kubok ilə mükafatlandırıldı.

Keçidlər