Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxlu fermerlər taxıl sahələrindən 22 min 320 ton məhsul yığıblar

14 iyul 2017 | 16:00

Samuxda ötən ilin payızında cari ilin məhsulu üçün 8 min 492 hektar sahədə taxıl əkilib. Bunun 5 min 761 hektarı buğda, 2 min 731 hektarı arpa sahələridir.
Bu vaxta qədər 7 min 729 hektar sahədə taxıl biçilib. Həmin sahələrin 5 min 33 hektarını buğda, 2 min 696 hektarını isə arpa təşkil edib. Məhsulu yığılan sahələrdən 22 min 320 ton taxıl götürülüb. Samux rayonu üzrə taxıl sahələrindəki orta məhsuldarlıq 28,88 sentner olub.

Keçidlər