Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda ağır atletika idman növü üzrə yarış keçirildi.

09 iyul 2017 | 16:00

Samuxda ağır atletika idman növü üzrə Qərb zonası Respublika yarışlarının 3-cü seçmə mərhələsi keçirildi. 08-09 iyul 2017-ci il tarixdə Samux şəhəri Zirvə Ağır Atletika İdman Klubunda ağır atletika üzrə Qərb zonası üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələsi start götürdü. Yarışda Samux , Gəncə, Şəki, Qax,  Qazax, Goranboy və Yevlax olmaqla ümumilikdə 150-ə yaxın idmançı iştirak edirdi. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir. Samux rayon idmançısı Quliyev Sənan Fuad oğlu 77 kq çəki dərəcəsində 2-ci yerə layiq görüldü və Respublika çempionatına vəsiqə qazandı. Yarış 09 iyul 2017-ci il tarixdə uğurla başa çatdı .

Keçidlər