Şriftin ölçüsü :

Saytın rəngi :

Samux idmançıları rayonlararası açıq turnirdə uğurla iştirak etmişdirlər.

13 iyun 2017 | 16:00

Samux idmançıları rayonlararası açıq turnirdən 4 qızıl , 4 bürünc medalla qayıtdılar . 11 iyun 2017-ci il tarixdə Bakı şəhərində sərbəst güləş bölməsinin yetirmələri 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş yeniyetmələr arasında keçirilən rayonlararası açıq turnirdə bölmənin rəhbəri məşqçi-müəllim Anar Cəlilov və 8 nəfər iştirakçı ilə təmsil olunaraq uğurla çıxış etdilər. 23 kq-da Cəfərov Cəfər , 26 kq-da Həsənov Zirəddin , 29 kq-da Nəsibov Tunar , 47 kq-da Səfərov Elnur birinci yerə çıxaraq qızıl medala layiq görüldülər . 20 kq-da Səmədov Əli 3-cü , 26 kq-da Məmmədov Kənan 3-cü , 32 kq-da Əsgərov Turan 3-yerə , 42 kq-da Rəsulov Elşad 3-cü yerə layiq görüldülər. İdmançılarımızı bu qələbə münasibəti ilə təbrik edirik.

Keçidlər