Yeni tikilən Samux Rayon Mərkəzi Xəstəxanasına bu gün baxış keçirilmişdir.
11 noyabr 2022 | 15:42
Tikintisinə 2019-cu il tarixdə başlanılan 90 çarpayılıq olan Samux Mərkəzi Rayon Xəstəxanasına bu gün Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Tikilməkdə olan obyektlərin müdiriyyətinin direktoru Elşad Hacıyev və Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tərəfindən baxış keçirildi, yeni binanın tikintisi ilə tanış oldular. Tikinti işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yaxın zamanlarda xəstəxana rayon sakinlərinin istifadəsinə veriləcək.