"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Samuxda növbəti təmizlik aksiyası keçirilib
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Samuxda növbəti təmizlik aksiyası keçirilib
Samux Rayon İcra Hakimiyyətinin və 10 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin birgə təşkilatçılığı ilə Samux rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti təmizlik aksiyası keçirilib. Rayonun bütün yaşayış məntəqələrini əhatə edən aksiyada Samux RİH başçısı Firdovsi Əliyev, Samux Rayon İcra Hakimiyyətinin və 10 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, yerli sakinlər könüllü olaraq iştirak ediblər.
Aksiya çərçivəsində rayon ərazisi məişət tullantılarından, otlardan, qurumuş ağac və gül kollarından təmizlənərək, yeni ağac və gül kolları əkilibdir.