Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ümumrayon iməciliyi keçirilib.

06 aprel 2023 | 10:16

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Samux rayonunda silsilə tədbirlər keçirilir.

Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ümumrayon iməciliyi keçirilib. İməcilikdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarının kollektivləri, sakinlər fəal iştirak ediblər.

İməcilik zamanı park, prospekt və küçələrin, səki kənarlarının, işıq dirəklərinin, parklarda oturacaqların təmizlənməsi, yuyulması işi həyata keçirilib, qurumuş ağaclar və gül kolları yenisi ilə əvəz edilib, səliqə-səhman yaradılıb.    

Qeyd edək ki, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Bu gün də bu siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Keçidlər