"Türk dövlətləri milli ağaclandırma günü“ ndə Samuxda 1111 ağac əkilib
11 noyabr "Türk dövlətləri milli ağaclandırma günü“ ilə əlaqədar ölkə ərazisində keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına Samux rayonu da qoşulub.
Rayonun Samux-Kür yolu ərazisində, yerli şəraitə uyğun 1111 ədəd ağac əkilib.
Aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop, şəhid ailələri, İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon gəncləri iştirak edib.
Xatırladaq ki, bu ildən 11 noyabr tarixi "Türk dövlətləri milli ağaclandırma günü“ kimi qeyd olunur və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə kütləvi ağacəkmə aksiyaları keçirilir.
Bununla, Samux rayonunda Azərbaycanın da qoşulduğu qlobal iqlim dəyişmələrinin fəsadlarının minimuma endirilməsi istiqamətində həyata keçirilən beynəlxalq təşəbbüslərə dəstək nümayiş etdirilib, rayon ərazisində yaşıllıq sahələrinin daha da genişləndirilməsi üçün qarşıya qoyulan hədəflərə töhfə verilib.