Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

02 mart 2024 | 11:13

Ağacəkmə aksiyasında Samux RİH başçısı Firdovsi Əliyev, şəhid ailələri, İcra Hakimiyyətinin əməkdaşları, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Aksiyada Samux rayonunun Ziyadlı kəndində Kür yolunun kənarına və Çobanabdallı kəndində isə Gəncə-Samux avtomobil yolunun ətrafına rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 2000 ədəd ağac əkilib.

Aksiyanın keçirilməsində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Keçidlər