Samuxda “Memarlıq və Şəhərsalma İli” çərçivəsində abadlıq, quruculuq və yenidənqurma işləri uğurla davam etdirilir.
Samux rayonunda “Memarlıq və Şəhərsalma İli” çərçivəsində kəndlərdə genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri uğurla davam etdirilir. Görülən işlər rayonun kəndlərinin simasının müasirləşdirilməsinə, sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Belə ki, rayonun Çobanabdallı, Qarabağlar və Aşağı Ağasıbəyli kəndlərində yollar və küçələr əsaslı şəkildə təmir olunub, abadlıq işləri aparılaraq ərazilərə yeni görkəm verilib. Həyata keçirilən bu işlər kəndlərdə nəqliyyatın hərəkətini asanlaşdırmaqla yanaşı, sakinlərin gündəlik rahatlığını da əhəmiyyətli dərəcədə təsir edib.
Xüsusilə Aşağı Ağasıbəyli kəndində görülən işlər diqqət çəkir. Belə ki, kənd stadionu əsaslı şəkildə yenidən bərpa olunaraq müasir görünüşə gətirilib və sakinlərin, xüsusilə gənclərin istifadəsinə verilib. Bu isə gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə həyata keçirilən bu tədbirlər Samux rayonunun sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, kəndlərin abad və müasir yaşayış məkanlarına çevrilməsinə xidmət edir.






