Samux şəhərində şəhərdaxili yollarda cari təmir işləri görülmüşdür.
Samux şəhərində şəhərdaxili yollarda cari təmir işləri görülmüşdür.
Ölkəmizdə iqtisadi inkişaf, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli işlər durmadan artır. Ölkə rəhbəri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində regionlarda abadlıq-quruculuq işləri uğurla davam edir. Regionlarda olduğu kimi Samux rayonunda da geniş tikinti – quraşdırma və abadlıq işlərinin aparılması davam etdirilir. Belə ki, bu gün Samux şəhərində şəhərdaxili yollarda cari təmir işləri görülmüşdür. Şəhərin 28 May, Kolayır və Kolayır-I döngə küçələrinə ümumilikdə 356 ton asfalt-beton qarışığı verilmişdir.
Sakinlər adından çıxış edən Xatay Vəliyev göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevə özminnətdarlığını bildirdi.