Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhərində şəhərdaxili yollarda cari təmir işləri davam etdirilir

01 noyabr 2023 | 18:03

Samux şəhərində şəhərdaxili yollarda cari təmir işləri davam etdirilir

Ölkə Prezidenti cənab İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində regionlarda abadlıq-quruculuq işləri uğurla davam edir. Samux rayonunda da geniş tikinti–quraşdırma və abadlıq işləri görülür.
Belə ki, Samux şəhərində avtomaşınların və piyadaların rahat hərəkətinin təmin olunması üçün şəhərdaxili yollarda cari təmir işləri aparılır. Bu gün 28 May, Kolayır və Kolayır-I döngə küçələrinə ümumilikdə 1110 ton asfalt-beton qarışığı tökülüb. Növbəti günlərdə isə şəhərin Əsgər Zeynalov və Mikayıl Müşfiq küçələrində də təmir işləri aparılacaq. Samux şəhərində cari təmir işlərində ümumilikdə 10870 m2 sahəyə asfalt-beton qarışığının verilməsi nəzərdə tutulub.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev bu gün təmir işləri aparılan ərazilərə baxış keçirib, görülən işlərin vəziyyəti ilə tanış olub və müvafiq tapşırıqlar verib.
Eyni zamanda, İcra Hakimiyyətinin başçısı şəhər sakinləri ilə görüşərək onları dinləyib. Şəhər sakinləri adından çıxış edən, 28 May küçəsinin sakini Nəsibov Səyyaf göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevə öz minnətdarlığını bildirib.

Keçidlər