Samux şəhərində daha bir küçəyə yeni asfalt örtüyü çəkildi.
Ölkəmizdə iqtisadi inkişaf, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli işlər durmadan artır. Ölkə rəhbəri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində regionlarda abadlıq-quruculuq işləri uğurla davam edir. Regionlarda olduğu kimi Samux rayonunda da geniş tikinti – quraşdırma və abadlıq işlərinin aparılması davam etdirilir. Belə ki, Samux şəhərində Abdulla Şaiq küçəsinə 500 metr uzunluğunda, 4.5 metr enində və ümumi sahəsi 2250 kv.metr olan yola yeni asfalt örtüyü salınmışdır.
Sakinlər adından çıxış edən Xatay Vəliyev və Hamlet Əhmədov göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevə və rayon rəhbərliyinə özminnətdarlıqlarını bildirdilər.