Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhərində abadlıq-quruculuq işləri aparılır

20 noyabr 2023 | 13:04

Samux şəhərində abadlıq-quruculuq işləri aparılır

Ölkə başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq Samux şəhərində də abadlıq-quruculuq işləri genişlənib. Belə ki, şəhərdə yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, yeni yaşıllıq zolaqları salınır, mövcud park, küçə və prospektlər abadlaşdırılır. Park və xiyabanlarda sakinlərin istirahətinin daha da yaxşı təmin edilməsi üçün səkilər yenilənir, uşaqların əyləncəsi üçün xüsusi sahə yaradılır, işıqlanma sistemi yenidən qurulur və oturacaqlar dəyişdirilir.

Şəhərdə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yeni mini futboll stadionu tikilir və stadionun ətrafında idman qurğuları quraşdırılır.

 

Keçidlər