Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda abadlıq-quruculuq işləri uğurla davam etdirilir.

03 sentyabr 2022 | 12:35
    Samux rayonunda abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Samux rayonunun digər qəsəbə və kəndləri ilə yanaşı Qarayeri qəsəbəsində də abadlıq-quruculuq, təmizlik və yaşıllaşdırma işləri aparılır.      Belə ki, Samux rayonunun Qarayeri qəsəbəsinin mərkəzində yerləşən ümumi sahəsi 2,5 ha olan parkda yenidənqurma işləri aparılmış, 2 ədəd fontan əsaslı təmir edilmiş, qurumuş ağaclar yenisi ilə əvəz edilmiş, 300 dən artıq gül kolu əkilmiş, oturacaqlar təmir edilərək rənglənmiş, parkın işıqlanma sistemi yenidən qurulmuş, səliqə-sahman işləri aparılmış və mövcud yaşıllıqlara qulluq göstərilmişdir.       Son illər rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri Samux Rayon İcra Hakimiyyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdən biridir. Həyata keçirilən belə tədbirlərdə rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatları ilə yanaşı, sakinlər də könüllü olaraq yaxından iştirak edirlər. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev rayon sakinləri ilə tez-tez görüşməyi artıq çoxdan özünün iş üslubuna çevirdiyindən qəsəbə sakinləri ilə də parkda görüşmüş, onları maraqlandıran suallara cavab vermiş və sakinlərin rəy və təkliflərini dinləmişdir. Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə keçirilən tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinə rəisi Vasif Cənnətovda iştirak etmişdir.  
Keçidlər