“Memarlıq və Şəhərsalma İli” çərçivəsində Samux rayonunda qaz təsərrüfatı sahəsində görülən işlər müsbət nəticələr verib.
“Memarlıq və Şəhərsalma İli” çərçivəsində Samux rayonunda qaz təsərrüfatı sahəsində görülən işlər müsbət nəticələr verib.
Son 3 ayda 876 qaz sızması aşkarlanıb, onlardan 810-u aradan qaldırılıb. 750 qaz sayğacı yenilənib, 600 qaz şlanqı, feleks quraşdırılıb.Bu da ki, əlavə qaz itkilənin azalmasına xidmət edir. Müxtəlif ərazilərdə 57 mm, 89 mm və 108 mm diametrli yeni qaz xətləri çəkilib əhali abonentlərinin istifadəsinə verilmişdir, Lək kəndində isə 200 metr uzunluğunda 159 mm-lik yeni qaz xətti çəkilmişdir.
Satılan qazın dəyəri 2 771 747 manat olub, bunun 2 742 946 manatı ödənilib (98,9%).Əhali üzrə yığım 90,1%, qeyri-əhali üzrə isə 105,37% olub.
13 yeni tikili evlərə qaz sayğacı quraşdırılaraq təbii qazla təmin edilibdir. 632 abonentin mənzilində istismar müddəti bitmiş sayğaclar isə yeni qaz sayğacları ilə əvəz edilmişdir.
Samux şəhərində şəhid Arif Nəbiyev küçəsində 2500 p/m qaz xətləri səliqəyə salınaraq boya ilə rənglənmiş və Heydər Əliyev prospektində isə aprılan təmir-quruculuq işləri ilə əlaqədar olaraq 1600 p/m uzunluğunda pe 63 mm qaz xətti çəkilərək əhali abonentlərin istifadəsinə verilmişdir.
Görülən işlər nəticəsində qaz təminatının keyfiyyəti və təhlükəsizliyi artırılıb.






