Şriftin ölçüsü :

Saytın rəngi :

"Memarlıq və Şəhərsalma ili" çərçivəsində Samux Elektrik Şəbəkəsi tərəfindən xidməti ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işləri həyata keçirilmişdir.

10 aprel 2026 | 17:59

"Memarlıq və Şəhərsalma ili" çərçivəsində Samux Elektrik Şəbəkəsi tərəfindən xidməti ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işləri həyata keçirilmişdir.
Belə ki, Samux şəhərində aparılan kompleks abadlıq işləri ilə əlaqədar olaraq, 1200 metr məsafədə mövcud olan 10 kV-luq Hava Elektrik Verilişi Xətti (HEVX) daha müasir və təhlükəsiz yeraltı kabel xətti ilə əvəz olunmuşdur. Rayonun Qarayeri qəsəbəsinin bir neçə küçəsində və yeni salınmış yaşayış massivində enerji təchizatının yaxşılaşdırılması məqsədilə 97 ədəd 0.4 kV-luq metal dayaq quraşdırılmış, 3700 metr uzunluğunda ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqil) markalı kabel xətti çəkilmişdir. Eyni zamanda, Alıuşağı kəndində 0.4 kV-luq şəbəkədə 430 ədəd kompozit dayaq, 120 ədəd abonent dayağı və 540 ədəd sayğac qutusu quraşdırılaraq istifadəyə verilmişdir. Burada ümumilikdə 11 000 metr müxtəlif markalı ÖİN kabel xətti çəkilərək abonentlərin istifadəsinə təqdim edilmişdir.
Samux rayonunun Lək kəndində yerləşən yeni yaşayış massivində də 0.4 kV-luq şəbəkənin yenidən qurulması istiqamətində mühüm addımlar atılmışdır. Bu məqsədlə 25 ədəd 0.4 kV-luq metal dayaq quraşdırılmış və 700 metr məsafədə ÖİN 4x35 markalı kabel xətti çəkilərək sakinlərin istifadəsinə verilmişdir.
Samux Elektrik Şəbəkəsinin xidməti ərazisindəki 25 ədəd transformator məntəqəsində əsaslı təmir işləri aparılmış, şəbəkənin yüklənməsinin qarşısını almaq üçün 1 ədəd yeni güc mərkəzi yaradılaraq 100 kVA gücündə Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılmışdır. Həmçinin, texniki xidmət çərçivəsində transformatorlara 0.5 ton xüsusi yağ əlavə olunmuş, 8 ədəd KTM-də bərpa işləri uğurla icra edilmişdir. Bununla yanaşı, təsdiq olunmuş plan-qrafikə uyğun olaraq, 10 kV-luq və 0.4 kV-luq Hava Elektrik Verilişi Xətlərinin (HEVX) trassası boyunca naqillərə toxunan ağac budaqları budanmış və naqillərdə zəruri tarımlama işləri yerinə yetirilmişdir.
Həyata keçirilən bu kompleks tədbirlər nəticəsində rayon ərazisində elektrik enerjisinin verilişi daha dayanıqlı, keyfiyyətli və təhlükəsiz vəziyyətə gətirilmişdir.

Keçidlər