Şriftin ölçüsü :

Saytın rəngi :

Genişmiqyaslı təmizlik, abadlıq işləri keçirilib

28 oktyabr 2023 | 13:53

Genişmiqyaslı təmizlik, abadlıq işləri keçirilib

Samux rayonunun bütün ərazisini-rayon mərkəzindən başlamış qəsəbə və kəndləri əhatə edən genişmiqyaslı ümumrayon iməcliyi keçirilib.

Samux İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisi
ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib,mövcud olan çəmənlik və ağaclar suvarılıb, ağac və kollarda budama işləri aparılıb, qurumuş ağaclar və gül kolları yenisi ilə əvəz edilib.

Rayon gənclərinin də fəal iştirak etdiyi iməcilik zamanı prospekt və küçələr, səkilər, işıq dirəkləri, məhəccərlər yuyulub, səki kənarlarında, bordyur və məhəccərlərdə təmir işləri həyata keçirilib.

Bununla da icra hakimiyyəti sakinlərlə birlikdə rayonun təmizliyinin, abadlığının saxlanılması işinə töhfə vermiş olub.

Təmizlik aksiyası zamanı toplanan məişət tullantıları tullantılar üçün ayrılmış müvafiq əraziyə daşınıb.

Samux rayon ərazisinin bundan sonra da ekoloji standartlara uyğun saxlanılması məqsədilə məişət tullantılarının düzgün idarə olunması üçün konteynerlərin sayının artırılması, yaşıllaşdırma və abadlıq işlərinin davam etdirilməsi planlaşdırılıb.

Keçidlər