Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.

05 aprel 2022 | 16:00

Pandemiya xəstəliyi ilə əlaqədar ölkəmizdə mövcud çətinliklərə baxmayaraq, iqtisadi inkişaf, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli işlər durmadan artır. Ölkə rəhbəri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində regionlarda abadlıq-quruculuq işləri uğurla davam edir. Regionlarda olduğu kimi Samux rayonunda da geniş tikinti – quraşdırma və abadlıq işlərinin aparılması davam etdirilir. Belə ki, Samux şəhəri Arif Nəbiyev  küçəsində və şəhər qəbristanlığına gedən avtomobil yolunda 700 metr uzunluğunda 5 metr enində və sahəsi 3500 kv.metr olan yola yeni  asfalt örtüyü salınmışdır.

Keçidlər