Şriftin ölçüsü :

Saytın rəngi :

Ziyadlı kəndində 44 günlük Vətən müharibəsi şəhidinin üçüncü ildönümü qeyd edilib

15 noyabr 2023 | 14:24

 

15 noyabr 2023-cü il tarixdə Samux rayonunun Ziyadlı kəndindən olan Vətən müharibəsi şəhidi Abdullayev Qəzənfər Nəcəf oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib.
Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyəti və məktəblilərin iştirakı ilə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Keçidlər