Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü münasibəti ilə Samux rayonu Çobanabdallı kənd tam orta məktəbində tədbir keçirilib

08 noyabr 2023 | 10:44

Zəfər Günü münasibəti ilə Samux rayonu Çobanabdallı kənd tam orta məktəbində tədbir keçirilib
07.11.2023-cü il tarixində Samux rayon Çobanabdallı kənd tam orta məktəbində Samux Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Samux Rayon İcra Hakimiyyətinin əməkdayşarı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlar iştirak edib.
Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev hər kəsi 8 Noyabr-Zəfər günü münasibəti ilə təbrik edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin və bu ilin sentyabr ayında gerçəkləşdirilən uğurlu antiterror tədbirlərinin əhəmiyyətindən söz açıb.
Daha sonra tədbir Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla davam edib.

Keçidlər