Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü ilə əlaqədar Samux rayonunda Kür çayına körpə balıqlar buraxılıb

06 noyabr 2023 | 14:36

Zəfər Günü ilə əlaqədar Samux rayonunda Kür çayına körpə balıqlar buraxılıb

Balıq növlərinin bərpasına, su bioresurslarının qorunmasına, populyasiyasının artımına dəstək, balıq ehtiyatlarının mühafizəsinin zəruriliyini təşviq etmək məqsədilə 8 noyabr - Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Samux rayonunda Kür çayına balıq körpələrinin buraxılışı həyata keçirilib.

Balıq körpələrinin buraxılışında Samux rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları, Samux rayonundan olan Milli Qəhrəman Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov, şəhid ataları Savet Rüstəmov, Murad Dostuyev, şəhid övladları Zeynəb Ağamalıyeva, Məxsus Cəfərov, Raul Abdullayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin nümayəndələri, ictimaiyyət və məktəblilər iştirak edib.

Kür çayının sahilində keçirilən tədbirdə çəkisi 100 qramadək olan 200 minə yaxın balıq körpəsi çaya buraxılaraq onların təbii artımına, bərpasına dəstək göstərilib.

Keçidlər