Şriftin ölçüsü :

Saytın rəngi :

Zazalı kəndində səyyar qəbul keçirilib

12 dekabr 2023 | 11:55

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə rayonun Zazalı kəndində növbəti səyyar qəbul keçirib.
Sakinlər ötən səyyar qəbulda qaldırılan bəzi məsələlərin, o cümlədən yeni yolun çəkilişi və suvarma kanallarının lildən təmizlənməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Həmçinin sakinlər içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, rabitə və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər