"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Samuxda tədbir keçirilib
Samux Rayon İcra Hakimiyyəti və “Uşaq Səfirlər Məclisi”nin Samux rayonundakı nümayəndələri ilə birgə 27.05.2024-cü il tarixində Samux şəhər 3 saylı tam orta məktəbdə və Samux şəhər 5 saylı körpələr evi-uşaq bağçasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Tədbirlər Planı” nın 2.1.-ci bəndinin icrası ilə bağlı "Dünyamızı qoruyaq!" adlı tədbir həyata keçirilib.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova çıxışı zamanı 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyini bildirib və ekoloji şüurun inkişaf etdirilməsi, təbii, mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini qeyd edib.
Daha sonra Samux şəhər 5 saylı körpələr evi-uşaq bağçasında “Uşaq Səfirlər Məclisi”nin nümayəndələri uşaqlarla birgə güllərin əkilməsi, onlara qulluq edilməsi qaydaları ilə tanış oldular. İcra Hakimiyyəti tərəfindən tədbirdə iştirak edən məktəblilərə və məktəbəqədər təhsil müəssisəsinin uşaqlarına ekologiya ilə bağlı kitablar və məşğələlərdə istifadə etmək üçün vəsaitlər hədiyyə olunub.