Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Samuxda növbəti dəfə təmizlik aksiyası keçirilmişdir.

13 iyul 2024 | 11:35

Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” və 29-cu "Tərəflərin Konfransı (COP29)" çərçivəsində “Təmiz ölkəm” devizi altında “Ümumrespublika Təmizlik Marafonu” münaibəti ilə ümumrayon iməciliyi keçirilib. Rayonun bütün yaşayış məntəqələrini əhatə edən aksiyada Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, rayon ictimaiyyətinin nümayəndələri könüllü olaraq iştirak ediblər.

Aksiya çərçivəsində rayon ərazisi, əsasən də qəbristanlıqlar məişət tullantılarından, otlardan, qurumuş ağac və gül kollarından təmizlənərək, yeni ağac və gül kolları əkilibdir.

 

 

Keçidlər