Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Samuxda növbəti dəfə təmizlik aksiyası keçirilib

25 may 2024 | 11:33

 

Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Samux rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti dəfə təmizlik aksiyası keçirilib. Rayonun bütün yaşayış məntəqələrini əhatə edən aksiyada Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, yerli sakinlər könüllü olaraq iştirak ediblər.

Aksiya çərçivəsində rayon ərazisi məişət tullantılarından, otlardan, qurumuş ağac və gül kollarından təmizlənərək, yeni ağac və gül kolları əkilibdir.

 

 

 

Keçidlər