YAP Samux rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə konfrans keçirib
YAP Samux rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının
30 illiyi münasibətilə konfrans keçirib
Oktyabrın 19-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə partiyanın Samux rayon təşkilatı tərəfindən konfrans keçirilib.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Samux şəhərindəki abidəsi və “Şəhidlər” abidə kompleksi ziyarət edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən YAP İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Nizami Səfərov vurğuladı ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənmişdir. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki surətdə bərqərar olmasına yönəlmişdir. Bunlar isə cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı, etimadı daha da gücləndirmiş və sarsılmaz etmişdir.
Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev YAP-ın ölkəmizdə ən nüfuzlu partiya olmasını bir daha xatırladaraq söyləyib ki, hal-hazırda 5404 nəfəri üzvü birləşdirən, 90 ərazi partiya təşkilatı ilə fəaliyyət göstərən YAP Samux rayon təşkilatı yaradılandan bu günə qədər Yeni Azərbaycan Partiyasının mütəşəkkil və mübariz təşkilatlarından biri olmuşdur.
Tədbirdə Samux rayon İHBA Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Rüstəm Ramizli də çıxış edərək Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən bəhs ediblər.
Sonda bir qrup partiya fəalına “Fəxri Fərman” təqdim edilib, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri verilib.