Xalqımızın tarixini və mədəniyyətini dərindən öyrənmək borcumuzdur.
Xalqımızın tarixini və mədəniyyətini dərindən öyrənmək borcumuzdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun “Antropologiya” şöbəsinin “Sosial və mədəni antropologiya” bölməsi Sovet hakimiyyəti dövründə və Müstəqillik illərində ölkə əhalisi arasında ictimai-siyasi, mədəni transformasiyalar kontekstində mədəni-innovativ dəyişikliklərin baş verməsinin səbəb və nəticələrini, onların xüsusiyyətlərini, dünyada və ölkəmizdə cərəyan edən müasir proseslərin təsiri altında yaranan yeni həyat və məişət tərzinin formalaşmas; ilə bağlı problemlərin araşdırılması, müqayisələr və təhlillər aparılması, proqnoz xarakterli məlumatlar toplanması sahəsində antropoloji tədqiqat işlərini Azərbaycanın etnoqrafik bölgələri üzrə mütamadi olaraq davam etdirir. Artıq Azərbaycanın İsmayıllı, Şamaxı, Daşkəsən, Qəbələ, Quba və digər rayonlarına təşkil edilmiş elmi mədəni-antropoloji ekspedisiyalar baş tutmuş, yuxarıda bəhs etdiyimiz məsələlər üzrə xeyli məlumatlar toplanmış, onların təhlili aparılmış və müvafik nəticələr əldəe dilmişdir.
Məlumdurki, etnik mədəniyyətin vəziyyətinin transformasiyasının əsasında dünya miqyasında qloballaşmanın, müxtəlif ictimai miqrasiyaların, iqtisadiyyatda bazar münsibətlərinin və mexanizmlərinin təşəkkülü, urbanizasiya kimi sosial proseslərin təsirinin xarakteri və dərəcəsi, ekoloji dəyişikliklərin və sürətlə təkmilləşən informasiya texnologiyalarının insanların mədəniyyətinə, davranışına təsiri və s. məsələlər durur. Bu səbəblərdəndə əhalinin etnik mədəniyyətində yeni keyfiyyət dəyişiklikləri və transofrmasiyalar baş verməkdədir. Bütün bu problemləri öyrənib qeydə almaq, sosioloji sorğular keçirib məlumatçılarla müsahibələr aparmaq üçün AMEA Arxeologiya və Antropologiya İnstitutununn rəhbərliyi Institutun “Antropologiya” şöbəsinin əsas tədqiqat mövzusu olan “Müasiriqtisadi, siyasi, mədəni və ekoloji problemlərin Azərbaycan əhalisinin ənənəvi və müasir mədəniyyətinə və həyat tərzinətəsiri” üzrə çöl materiallarının toplanması məqsədilə 2025-ci ilsentyabrayının 10-dan oktyabr ayının 19-nakimi “Antropologiya” şöbəsininəməkdaşı, t.e.d., prof. Fəzail İmran oğlu Vəliyevin başçılığı və elmi işçi İbrahimov Yusif Tofiq oğlunun iştirakıilə Samux rayonuna antropoloji ekspedisiyanın təşkil edilməsi haqqında sərəncam vermişdir. Ekspedisiyanın rəisi Fəzail müəllim və üzvü Yusif müəllim bu günlərdə redaksiyamızın qonağı oldular, rayon ərazisində aparacaqları tədqiqat işlərinin məqsədi və elmi əhəmiyyəti barədə öz fikir və mülahizələrin ibizimlə bölüşdülər. Qonaqlarımız üzbəüz söhbət zamanı bunlar ıdiqqətə çatdırdılar:
Azərbaycanın tarixi-etnoqrafik bölgələri içərisində Gəncəbasar bölgəsi və bu cöğrafiyaya aid edilən Samux ərazisi özünün maddi və mənəvi mədəniyyətinin zənginliyi, təsərrüfat və ailə məişətinin lokal-məhəlli spesifikası, çoxəsrlik empirik biliklər, vərdişlər və əməli təcrübələr sisteminə söykənən kamil sənət irsi ilə seçilir. Burada zaman-zaman müxtəlif sosial-siyasi, təbii-coğrafi, mədəni-texniki, iqtisadi amillərin fəal təsiri ilə formalaşan və əhalinin yaradıcılıq qabiliyyətini, təxəyyül və fəhm imkanlarını, estetik-bədii zövqünü, düşüncə, duyum-yozum qüdrətini özündə əks etdirən maddi və mənəvi dəyərlər təkcə bu bölgənin deyil, bütün Azərbaycanın, geniş anlamda isə türk dünyasının maddi və milli-mənəvi sərvəti hesab olunur. Belə bir sərrast deyim var: “Öz tarixini, mədəniyyətini, coğrafiyasını, əhalisinin milli kimliyini bilməyən və bilməyib də öyrənməyən bir xalqın həmişə sərhədlərini özgələri müəyyənləşdirir”. Tariximizə nəzər salsaq, aydın görərik ki, Gəncəbasarın tərkibində olan Samux ərazisi tarix boyu əvvəlcə eramızın III-V əsrlərində Qafqaz Albaniyasının Uti vilayətinin, eramızın III-VII əsrlərində İran Sasani dövlətinin, VI əsrin sonlarından VIII əsrin əvvəllərinə qədər bu ərazilərdə hakimi-rəvan olmuş Aranşahlar sülaləsinin idarə etdiyi Girdiman dövlətinin tərkibində, VII əsrdən başlayaraqIX əsrin ortalarına qədər isə Ərəb işğalları labirintində olmuşdur. Xilafət zəifləyərkən yaranan müstəqil feodal dövlətlərindən biri olan Gəncə Şəddadiləri 951-1088-ci illərdə Samux ərazisini öz tərkibinə qatmışdır. XI əsrin ortalarında Səlcuqlar Şəddadiləri devirib 1088-ci ildə bu əraziləri ələ keçirdilər. Sonralar 1136-1225-ci illərdə burada Atabəy-Eldənizlərin, XIII əsrin əvvəllərindən 1357-ci ilə kimi monqolların (Hülakü-Elxanilərin) hakimiyyəti bərqərar olmuş, XIV əsrin ikinci yarısı- XVI əsrin I yarısına qədər Gəncəbasar Qızıl Orda, Əmir Teymur imperiyası, Cəlairi və Çobanilər sülaləsi və Qaraqoyunluların mübarizə meydanına çevrilmiş, əldən-ələ keçmişdir. XVI əsrin əvvəllərindən Samux torpaqları 1736-cı ilə qədər Səfəvilərin Gəncə-Qarabaq bəylərbəyiliyinin, bir müddət Nadir şah imperiyasının (1736-1747), XVIII əsrin ortalarında yaradılan Gəncə xanlığının, 1804-cü ildə isə rus işğallarından sonra Yelizavetpol dairəsinin tərkibində olmuşdur. Rus müəllifi N.Florovcki 1836-cı ildə Yelizavetpol dairəsinin 6 mahalından (Dağlı, Şamxor, Kürəkbasan, Gəncəbasan, Ayrım) mahallarından birinin də Samux mahalı olduğunu yazırdı.1840-cı ilin çar Rusiyasının inzibati islahatına görə Samux Xəzər vilayətinin, 1846-cı ildə Tiflis quberniyasının Gəncəbasar qəzasının, 1868-ci ildə isə yeni yaranan Yelizavetpol quberniyasının Yelizavetpol qəzasının tərkibinə qatıldı və bu bölgü 1929-cu ilə qədər davam etdi.
Rayonun tarixi haqqında bu qısa məlumatdan da göründüyü kimi, Gəncəbasarın Samux bölgəsi keşməkeşli tarix yaşamış, sərvətləri talanmış, lakin əhalisinin yaratdığı milli-mənəvi dəyərlər təkmilləşərək zəmanəmizə qədər gəlib çatmışdır. Bu gün hələ də tam toplanılmayan, etnoqrafik və mədəni-antropoloji tədqiqatlardan kənarda qalmış milli-mənəvi və maddi sərvətləri toplayıb onları elmi tədqiqata cəlb etmək, tarixi təkamülü və inkişafı hərtərəfli bərpa etmək zəmanəmizin reallığından doğan zərurətdir. Belə ki, hazırda Müstəqil Azərbaycan Respublikasının milli-mənəvi və maddi meyarlarının daha çox diqqət mərkəzinə çəkildiyi, milli-mənəvi irsə dövləti səviyyədə qiymət verildiyi, Azərbaycançılıq milli ideologiyasının tam formalaşdığı bir tarixi zaman kəsiyində hər bir etnoqraf, etnoloq və antropoloq-alimin, eləcə də hər bir vətən təəssüblü vətəndaşın qarşısında özünün tarixi keçmişinə, soykökünə, maddi və mənəvi dəyərlərinədaha diqqətlə və vicdanla yanaşmaq, onları xüsusi səriştə ilə toplayıb öyrənmək, gələcək nəsillərə itkisiz çatdırmaq kimi vəzifə borcu durur. Ümummilli lider Heydər Əliyevin “milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır,xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz – fikrini əldə əsas tutaraq milli-mənəvi və maddi dəyərlərimizin toplanması, sistemləşdirilib təsnifata cəlb olunması, etnoqrafik-antropoloji təhlilinin və şərhinin verilməsi, zamanın diqtəsinə uyğun olaraq bu maddi-mədəni irsdə əmələ gələn keyfiyyət dəyişikliklərinin tarixi təkamülünü hərtərəfli bərpa etmək naminə araşdırılması, qloballaşmanın müasir bumunda, eləcə də dünyada və ölkəmizdə cərəyan edən müasir proseslərin təsiri altında yaranan yeni həyat və məişət tərzinin,bölgə əhalisinin məişət və mədəniyyətinin -təsərrüfat və ailə məişətinin, maddi və mənəvi mədəniyyətinin geniş anlamda, Ümumtürk və Ümumdünya mədəniyyəti fonunda yerini və rolunu müəyyənləşdirmək ekspedisiyamızın başlıca məqsədidir. Toplayacağımız materiallar başlıca olaraq Samux rayonu əhalisinin maddi və mənəvi mədəniyyətini, təsərrüfat və ailə məişətini, sənət yaradıcılığını araşdırmağa və əhalinin etnik mədəniyyətində müstəqillik illərində baş verən yeni keyfiyyət dəyişiklikləri və transofrmasiyaları aşkarlamağa, elə düşünürük ki, böyük köməklik göstərəcəkdir.






