Vətəndaşların növbəti fərdi qəbulu keçirilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tərəfindən növbəti vətəndaş qəbulu keçirilib. Bu məqsədlə, rayon İcra Hakimiyyətinin inzibati binasında, Başçının müavinləri, RİH Başçısı aparatının şöbə müdirləri və xidmət sahələrinin rəhbərlərinin birgə iştirakı ilə vətəndaşların müraciətləri dinlənilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması, suvarma suyu ilə bağlı problemlərin aradan qaldırılması, küçələrin işıqlandırılması, qaz xəttinin çəkilməsi, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi.