Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin şəhadətinin il dönümü qeyd olundu.

09 mart 2023 | 16:48

Samux rayonunda Vətən müharibəsi şəhidinin şəhadətinin il dönümü qeyd olundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, şəhidin döyüş yoldaşları, ailəsi və yaxınları ilə birgə Samux rayonunun Qarayeri qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlunun ildönümü münasibətilə şəhidin məzarını və ailəsi ziyarət etdilər. Vətən müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlu 15 avqust 1991-ci il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Samux rayon Qarayeri qəsəbə tam orta məktəbinin məzunudur. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə yollanıb. Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak edərək böyük şücaət göstərib. 25 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Uzun sürən reanimasiyadan sonra 08 mart 2021-ci il tarixdə şəhadətə qovuşub. 09 mart 2021-ci il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Hərbi xidmətlərə görə”, "Vətən uğrunda", və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Evli idi. Məxsus adlı oğlu, Zeynəb adlı qızı var.

Keçidlər