Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Sadıqzadə Emil Əziz oğlunun əziz xatirəsi şəhadətinin il dönümündə böyük ehtiramla yad edilib.

16 oktyabr 2024 | 15:49

Vətən müharibəsi şəhidi Sadıqzadə Emil Əziz oğlunun əziz xatirəsi şəhadətinin il dönümündə böyük ehtiramla yad edilib.

Samux Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Samux bölməsinin əməkdaşı, şəhidin valideynləri, dostları, yaxınları, və rayon ictimaiyyəti iştirak edib. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Məktəblilər şəhidlər haqqında şeirlər deyiblər.

Sadıqzadə Emil Əziz oğlu 22 iyun 2000-ci ildə Samux rayonun Qovlarsarı kəndində anadan olub. Məktəb həyatına 2006-cı ildə doğulduğu kənddə başlayıb,lakin doqquzuncu sinifdə təhsilini yarımçıq qoyaraq Gəncə Musiqi Kollecinə daxil olub. 2019-cu ildə kollecin qarmon müəllimliyi sinfini bitirib, hərbi xidmətə yollanıb. Xidmətinin ilk 3 ayını geridə qoyduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrə seçilib. Hərbi xidmət dövrünü bitirməsinə cəmi 3 ay qalmış torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. İlk gündən ön cəbhədəki qızğın döyüşlərdə vuruşub. Füzuli şəhərin mərkəzinin işğaldan azad olması uğrunda gedən döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.

Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin, igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”  medalları  ”Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər