Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Musayev Ayxan Mehman oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib

29 noyabr 2023 | 14:39

29 noyabr 2023-cü il tarixində Samux şəhərindən olan 44 günlük Vətən müharibəsi şəhidi Musayev Ayxan Mehman oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib.
Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyəti və məktəblilərin iştirakı ilə şəhidin Gəncə şəhəri Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilib.
Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Keçidlər