Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun əziz xatirəsi şəhadətinin il dönümündə böyük ehtiramla yad edilib.
Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun əziz xatirəsi şəhadətinin il dönümündə böyük ehtiramla yad edilib.
Samux Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Samux bölməsinin əməkdaşı, şəhidin valideynləri, dostları, yaxınları, və rayon ictimaiyyəti iştirak edib. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Məktəblilər şəhidlər haqqında şeirlər deyiblər.
Mürsəlzadə Elməddin Cəsur oğlu avqustun 7-si 2000-ci ildə Samux rayon Əhmədbəyli kəndində anadan olub. 2017-ci ildə Gəncə Dövlət Universitetinin “Bədən tərbiyəsi və idman müəllimliyi” ixtisasına qəbul olub. Mürsəlzadə Elməddin döyüşlərə könüllü yollanıb. Vəzifəsi kəşfiyyatçı-radiotelefonçu idi. 2020-ci ilin oktyabrın 15-dən 16-na keçən gecə Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub.
Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin, igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ”Vətən uğrunda “, “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.