Vətən müharibəsi şəhidi Məmmədov Kərim Namil oğlunun əziz xatirəsi şəhadətinin il dönümündə böyük ehtiramla yad edilib.
Vətən müharibəsi şəhidi Məmmədov Kərim Namil oğlunun əziz xatirəsi şəhadətinin il dönümündə böyük ehtiramla yad edilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, şəhidin valideynləri, dostları, yaxınları, iştirak edib. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Vətən müharibəsi şəhidi Məmmədov Kərim Namil oğlu 1989-cü il aprelin 5-də Gəncə şəhərində anadan olub.1995-2007-ci illərdə Gəncə şəhərində İ. Məmmədov adına liseydə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qalıb.
Məmmədov Kərim Namil oğlu 2007-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Məmmədov Kərim Namil oğlu oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin, igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!