Vətən müharibəsi şəhidi Hümbətov Nurəddin İlqar oğlunun şəhadətinin il dönümü keçirildi.
19 noyabr 2022 | 11:10
Vətən müharibəsi şəhidi Hümbətov Nurəddin İlqar oğlunun şəhadətinin il dönümü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux şəhərindən olan 44 günlük Vətən müharibəsi şəhidi Hümbətov Nurəddin İlqar oğlunun şəhadətinin il dönümü ilə bağlı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, rayonun imamı, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışdı .Hümbətov Nurəddin İlqar oğlu 26 dekabr 1998-ci il tarixdə Samux şəhərində anadan olmuşdur. Samux şəhər 1 saylı məktəb-liseyin məzunudur. 2020-ci ildən Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu kimi xidmətə başlayıb. 09 noyabr 2020-ci il tarixdə Şuşa-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 18 noyabr 2020-ci il tarixdə Samux şəhərində dəfn olunub. Şəhid "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.