Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Həsənov Pərviz Fərmayıl oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib

08 dekabr 2023 | 17:33

08 dekabr 2023-cü il tarixində Samux rayonunun Poylu kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Pərviz Fərmayıl oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib.

Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyəti və məktəblilərin iştirakı ilə şəhidin  məzarı ziyarət edilib. Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Keçidlər