Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlunun əziz xatirəsi şəhadətinin il dönümündə böyük ehtiramla yad edilib.
Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlunun əziz xatirəsi şəhadətinin il dönümündə böyük ehtiramla yad edilib.
Samux Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Samux bölməsinin əməkdaşı, şəhidin valideynləri, dostları, yaxınları, və rayon ictimaiyyəti iştirak edib. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Məktəblilər şəhidlər haqqında şeirlər deyiblər.
Dostuyev Elçin Murad oğlu 1 aprel 2001-ci ildə Samux rayonunun Köbər kəndində dünyaya gəlib. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Azərbaycan torpaqlarının ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlanan zaman döyüşlərdə iştirak edib. 13 oktyabr 2020-ci ildə Füzuli rayonunda qəhrəmancasına döyüşərək şəhid olub. Samux rayonunun Köbər kəndində dəfn olunub.
Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin, igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.