Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi doğum günündə böyük ehtiramla anıldı.

07 avqust 2024 | 15:44

07 avqust 2024-cü il tarixində Samux rayonu Əhmədbəyli kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun doğum günü ilə bağlı məzarı ziyarət edildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailəsi, yaxınları, təhsil aldığı məktəbin müəllim və şagird kollektivi, rayon ictimaiyyəti iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Çıxış edənlər şəhidin keçdiyi şərəfli döyüş yolu və həyatı haqqında geniş məlumat verdilər. Daha sonra Əhmədbəyli kənd tam orta məktəbin şagirdləri vətənpərvərlikdən bəhs edən şeirlər söylədilər.

Şəhid Mürsəlzadə Elməddin Cəsur oğlu 07 avqust 2000-ci il tarixdə Samux rayonu Əhmədbəyli kəndində anadan olmuşdur. Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin məzunudur. Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində qiyabi təhsil alırdı. 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Şəhidimiz Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə kəşfiyyatçı kimi döyüşmüş, böyük şücaət nümayiş etdirmiş və 16 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 17 oktyabr 2020-ci ildə Samux rayon Əhmədbəyli kəndində dəfn olunub . Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan şəhid Mürsəlzadə Elməddin Cəsur oğlu hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" , “Cəbrayılın azad olunmasına görə” və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər